İspaniyanın Sevilya şəhərində keçiriləcək Avropa Liqasının final oyununundan əvvəl xoşagəlməz hadisə yaşanıb.
Fanat.Az xəbər verir ki, Almaniyanın "Ayntraxt" klubunun 5 azarkeşi Şotlandiya "Reyncers"inə qarşı keçirəcəkləri matçdan əvvəl saxlanılıb.
Üzünü maska ilə örtən fanatlar rəqib tərədarlara fişənglər atıblar. Qarşıdurmada 200-dək "Ayntraxt" azarkeşinin olduğunu bildirib. İğtişaşlar nəticəsində “Reyncers”in bir azarkeşi başından xəsarət alıb.
Hadisə yerinə əlavə polis qüvvələri gəlib və onlar vəziyyəti nəzarət altına almaq üçün havaya bir neçə dəfə xəbərdarlıq atəşi açmalı olublar.
Qeyd edək ki, bu gün "Ramon Sançes Pisxuan" stadionunda oynanılacaq həlledici matç Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.