UEFA Avropa Liqasının H qrupunda "Qarabağ"ın rəqiblərindən olan İsveç "Hekken"i yoxlama görüşünə çıxıb.
Fanat.Az xəbər verir ki, "arılar" Finlandiya HİK-lə qarşılaşıb.
Oyun "Hekken"in 3:4 hesablı məğlubiyyəti ilə başa çatıb.
"Qarabağ" qrupdakı son matçını dekabrın 14-də "Hekken"ə qarşı keçirəcək. Bakıda baş tutacaq görüş 21:45-də başlayacaq. Təmsilçimiz bu rəqibi üzərində səfərdə 1:0 hesablı qələbə qazanıb.
Sona 1 tur qalmış "Bayer Leverkuzen" H qrupunun lideidirsə, ağdamlılar 7 xalla ikinci, eyni xala malik Norveç "Molde"si üçüncür. Xalı olmayan "Hakken" isə son pillədədir.