Türkiyənin Birinci Liqa təmsilçisi "Kocaelispor"la anlaşdığı bildirilən Ramil Şeydayevin yeni iş yerindəki qazancı açıqlanıb.
Fanat.Az "Nokta" nəşrinə istinadən xəbər verir ki, 27 yaşlı hücumçu mövsümün sonuna qədər mükafatlar daxil olmaqla 300 min avro əldə edəcək.
Şeydayevin növbəti mövsüm üçün qazancı isə 550 min avro olacaq.
Qeyd edək ki, Ramilin "Kocaelispor"la 1,5 illik müqavilə imzalayacağı gözlənilir.