Azərbaycan millisinin futbolçusu Renat Dadaşovun komandası - "Hatayspor" növbəti matçını keçirib.
Fanat.Az xəbər verir ki, Hatay təmsilçisi Türkiyə Super Liqasının XX turunda "Pedikspor"la üz-üzə gəlib.
Görüş 1:1 hesabı ilə yekunlaşıb.
Matça start "11-lik"də başlayan Dadaşov 61-ci dəqiqədə əvəzlənib.
Bu heç-heçə sayəsində xal hesabını 21-ə çatdıran "Hatayspor" hazırda turnir cədvəlinin 14-cü pilləsində mövqe tutub.