"Barselona" yay trasnfer pəncərəsində heyətdə ciddi dəyişikliklər etməyə hazırlaşır.
Fanat.Az AS nəşrinə istinadən xəbər verir ki, artıq Kataloniya təmsilçisinin satmağı hədəflədiyi oyunçulardan birinin kimliyi dəqiqləşib.
Mənbə komandanın ən ödənişli futbolçularından olan Frenki de Yonqun mövsümün sonunda satışa çıxarılacağını açıqlayıb.
Qeyd edək ki, de Yonqun "Barselona" ilə müqaviləsinin müddəti 2026-cı ilin yayına qədər nəzərdə tutulub. Cari mövsüm 30 matçda meydana çıxan niderlandlı 2 qol vurub. "Transfermarkt" portalı onun transfer qiymətini 70 milyon avro ilə dəyərləndirir.
Nihat