Qadın futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsi çərçivəsində öz meydanında İsveçrə yığmasına qarşı keçirəcəyi oyununun təyinatları bəlli olub.
Fanat.Az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, matçı Rumıniyadan olan hakimlər briqadası idarə edəcək.
Referi Alina Peşuya yan xətt hakimləri Daniela Konstantinesku və Petruta Yuqulesku yardımçı olacaqlar. Dördüncü hakim funksiyasını Kristina Trandafir yerinə yetirəcək.
Qeyd edək ki, B Liqasının I qrupunun oyunu aprelin 9-da “Liv Bona Dea Arena”da keçiriləcək və saat 16:00-da başlayacaq.