AFFA İntizam Komitəsi Azərbaycan Premyer Liqasının XXXIII turunda keçirilən “Kəpəz” – “Sumqayıt” oyunu (1:1) ilə bağlı qərarlarını açıqlayıb.
Fanat.Az xəbər verir ki, matçın 90+2-ci dəqiqəsində hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alan Olavale Onanuqa 2-si şərti olmaqla, 4 oyunluq cəzalanıb.
Onun davranışına görə “Kəpəz” 3000 manat cərimələnib. Bundan başqa, Onanuqaya 3 ay sınaq müddəti təyin edilib.
Oyunun 90+6-cı dəqiqəsində “Kəpəz”in futbolçusu Martins Junior ikinci sarıdan qırmızı vərəqə aldıqdan sonra rəqib komandanın texniki zonasına qeyri-etik ifadələr işlətdiyinə, onları təhqir etdiyinə görə 4 oyunluq cəzalanıb, klubu 3000 manat cərimə edilib.
“Kəpəz”in 4 futbolçusu sarı vərəqə aldığı üçün Gəncə klubu 700 manat cərimələnib.
“Kəpəz” azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığına görə klub 800 manat cərimə edilib.
“Kəpəz” azarkeşləri tərəfindən kütləvi şəkildə hakimlər təhqir edildiyinə görə klub 1000 manat cərimələnib.
Oyunun 90+6-cı dəqiqəsində “Sumqayıt”ın 6 nömrəli futbolçusu Vüqar Mustafayev ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyunluq cəzalanıb, klubu 500 manat cərimələnib.