11:15 28.04.2024 554

\"Azərbaycanda futbol sosial layihə kimidir\" - \"Ağdaş\"ın rəhbəri

Həftəiçi sosial şəbəkədə İkinci Liqa komandası "Ağdaş"ın rəhbəri Rəhman Əliyev barədə yayılan paylaşım rəğbətlə qarşılandı. Həmkarlarımızdan Həsən Quluzadənin yerləşdirdiyi fotoda Əliyevin gecə vaxtı meydançada ot biçdiyi görünür. Qeyddə isə onun səhəri gün meydançanı xətləməli, qapı torlarını asmalı, daha sonra rayonda insanların sıx olduğu yerlərdə oyunun afişasını təkbaşına vurmalı olduğu vurğulanıb. Bir sözlə, Rəhman Əliyev bütün bu işləri təkbaşına edir. 

Fanat.Az qəhrəmanımızla əlaqə saxlayaraq ondan müsahibə götürüb. 

- Bu işləri təkbaşına görmək, dəstəksiz, köməksiz olmaq yorucu deyil?

- Futbolda "mən" deməyi xoşlamıram, çünki biz artıq çətinliklərə öyrənmişik. İllərdir çiynimizi bu yükün altına vermişik, xarakter olaraq da çətin işləri sevirəm. Əlbəttə, insan yorulur, ancaq arzu, inam, istək yorğunluğun qarşısını ala bilir. Məsələn, uşaq komandalarımızla işləmək çox çətindir, ancaq azyaşlıların xoşbəxtliyini və inkişafini gördükdə insan enerji alır. Azərbaycanın hər bölgəsində futbolu sevən, illərini futbola vermiş insanlar var, sadəcə, onlara dəstək olmaq lazımdır. Mənə sual verirlər ki, o qədər əziyyət çəkirsən bu işlərin axırı nə olacaq? Səmimi desəm, sonunu düşünməmişəm, düşündüyüm yeganə şey yetişdirdiyimiz uşaqların gələcəkdə futboldan xeyir görməsidir. İnaniram ki, həmin uşaqlar böyük futbola qədəm qoyanda futbolumuz yüksək yerlərdə olacaq. Çünki artıq futbolun inkişafına dair yaxşı işlər görülməyə başlanılıb. İnşallah, uşaqlar çəkdikləri əziyyətlərin bəhrəsini görəcəklər. Onlar üçün hər şəraiti yaratmışıq. Ən azı, uşaqlar idmanla məşğul olurlar, sağlam böyüyürlər.


- AFFA-nın ayırdığı maliyyə dəstəyi kifayət etmir? Məbləğin nə qədər artırılması sizi qane edərdi ki, əlavə köməkçi, işçi götürəsiz?

- Dövlətimiz sağ olsun, futbolun inkişafına hər zaman kömək edir. İkinci Liqa klublarina 50 min maliyyə dəstəyi verilir. Bir misal var, "bəy verən atın dişinə baxmazlar". O maliyyə əslində klublara başlanğıc üçün verilir. Normalda klublar özlərinə sponsor tapmalıdır.

- Rayonda komandaya kömək üçün iş adamları cəlb etmək məqsədi ilə harasa, kiməsə müraciət etmisiz?

- İkinci Liqa başlamamışdan əvvəl dostlarımla, qohumlarımla birgə stadionu öz büdcəmizlə təmir etdik. Ətrafım genişdi, kimə nə demişəm, imkanı daxilində dəstək göstərib. Sahibkarlarla ciddi şəkildə sponsorluq barəsində danışıqlarda onların suallari belə olur: "Bizim bu işdən qazancımız nə olacaq?" Heç kəs qazancı olmayan yerə pul xərcləmək istəmir. Bunu edən ya futbol xəstəsi olmalıdır, ya da rayonu üçün fədakarlıq göstərib futbolun inkişafına pul xərcləməlidir. Azərbaycanda futbol sosial layihə kimidir. Heç Premyer Liqa klubları sponsor tapmaqda çətinlik çəkir, o ki qalıb İkinci Liqa. Hansı klubumuz deyə bilər ki, forma və ya bilet satışından gəlir əldə edir? 
Futbolun İnkişaf Fondunun işlərini qeyd etmək lazımdır ki, klublarımıza sponsor tapmaq üçün əllərindən gələni edirlər. Elə etməliyik ki, sahibkarlar sevinə-sevinə futbola pul xərcləsin. Nəticəyə yox, uzun müddətli inkişafa pul yatırmağa, futbol akademiyası yaratmağa sövq etməliyik ki, səbrlə gözləyib öz yetişdirdiyi uşaqların satışından pul qazansın. "Ağdaş" üçün belə sponsor olsa, çox işlər görmək olar. Fürsətdən istifadə edərək, İkinci Liqani yaratdıqları üçün AFFA-ya, PFL-ə təşəkkürümü bildirmək istəyirəm. Bu gün dövlətin futbola yardımı olmasa, hətta Premyer Liqada belə yalnız 2-3 klub öz ayağı üstündə dayana bilər.

Mirağa

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

11 May 2024
21:30

MPL: "Turan Tovuz" Bakıda qalib gəldi, "Zirə" "Qarabağ"a uduzdu

21:20

"Oyun başlayandan nəzarətimizdə idi" - Ayxan Abbasov

21:05

Elmar Baxşıyev "Turan Tovuz"a məğlubiyyəti şərh etdi

20:10

Azərbaycan taekvondoçusu Avropa çempionu oldu

19:39

Krivotsyukun komandası səfərdə xal itirdi

18:45

A Seriyasında ayrılıq qərarı - "Sona 3 tur qalmış başa düşdüm"

17:55

Azərbaycan cüdoçuları Polşada bürünc medal qazanıblar

17:28

Rahil Məmmədov oynadı,  komandası...

17:00

"Neftçi" ilə matça çox vacib oyunçular olmadan çıxmışdıq" - "Kəpəz"in qapıçısı

16:11

İtaliyada ayın ən yaxşısı bilindi

15:30

"Hakimlər qələbəmizi əlimizdən aldılar" - Rüstəm Məmmədov

14:58

"Fənərbağça"nın qoleadoru tarixə düşəcək - Bu təklifə "hə" desə

14:22

“Böyük Dəbilqə”: Azərbaycan cüdoçusu yarımfinala yüksəldi

14:01

"Panathinaikos" Fateh Terimi göndərib bu türk məşqçini gətirir

13:32

Ozan Can mövsümü qolla başa vurdu

13:00

Həbib Nurməhəmmədovun 300 milyon borcu üzə çıxdı

12:25

Polşalı hakim AÇ-nin açılış oyunundan uzaqlaşdırıldı - ÇL-dəki səhvə görə

11:56

"Böyük Dəbilqə": Azərbaycanın daha 4 cüdoçusu mübarizəyə qoşulacaq

11:22

İcraiyyə Komitəsinin iclasının vaxtı və gündəliyi bilindi

11:09

Konfrans Liqasının finalı Macarıstanda keçirilə bilər - SON DURUM 

10:45

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA

10:21

"Real" üçün bu oyunda çempionluq dəhlizi açılacaq, amma... 

09:56

Azərbaycan taekvondoçusu AÇ-də bürünc medal qazandı

09:00

Mbappe PSJ-dən gedişini şəxsən elan etdi

10 May 2024
22:10

“İlk qoldan sonra “Neftçi”yə layiq tərzdə oynadıq”

21:45

Adil Şükürov "Neftçi"yə məğlubiyyəti şərh etdi

20:52

MPL: "Neftçi" "Kəpəz"ə rəhm etmədi 

20:28

"Amma bu, "Real"dır axı" - Tyerri Anri

19:42

"Real Madrid" Çempionlar Liqasını qazansa, "Borussiya"ya pul ödəyəcək

19:25

Mate Kvirkviya mükafatlandırıldı

19:00

"Barselona" bu iki oyunçu arasında seçim edəcək

18:20

Mourinyu peşmandır: "Belə fürsət olsa, qaçırmayacam"

17:50

Niderlandlı vinger Fransa nəhənginə qayıtmaq istəmir

17:31

"Çelsi" Osimhenin transferindən imtina etdi - SON DURUM

17:10

Elvin Avropa çempionu oldu

16:51

"Təəssüf ki, avtoqol bizi cəzalandırdı" - Leandro Paredes

16:33

Lunyov Rusiya mətbuatına açıqlama verdi - "Hər şeyin öz vaxtı var"

16:15

"Finalda onlara azarkeşlik edəcəm" -  Yürgen Klopp

15:58

"Təəccübləndiyimi deyə bilmərəm, amma..." - Andrey Lunyov

15:39

Rəşad Sadıqov 3 futbolçusunu "Qarabağ"a qarşı oynada bilməyəcək

Facebookdan bizi izləməyi unutmayın.
X