Misli Premyer Liqasının XXXIV turunda "Qarabağ"ı qəbul edəcək "Zirə" oyuna itkilərlə çıxacaq.
Bunu Fanat.Az-a açıqlamasında "qartallar"ın sözçüsü Elmar Abdullazadə deyib:
"Tiaqo Silva cəzalı duruma düşdüyü üçün "Qarabağ"a qarşı oynaya bilməyəcək. Cibrila İssa və Filipe Paxtman isə zədə səbəbindən bu matçda ştirak etməyəcəklər".
Qeyd edək ki, "Zirə" - "Qarabağ" qarşılaşması mayın 11-də keçiriləcək. Zirə İdman Kompleksi stadionunda reallaşacaq görüşün start fiti 19:30-da səslənəcək.
Nihat