"Qarabağ"ın qapıçısı Andrey Lunyov sabiq komandası "Bayer Leverkuzen"in Avropa Liqasının finalına yüksəlməsinə münasibət bildirib.
Fanat.Az xəbər verir ki, o, fikirlərini "Çempionat"a bölüşüb:
"Bayer"in "Roma" ilə cavab oyununu izləməmişəm, amma bu gün icmalına baxmışam. Təəccübləndiyimi deyə bilmərəm, amma şadam ki, "Bayer"in məğlubiyyətsiz oyunlar seriyası davam edir. İlk oyundan sonra Leverkuzen təmsilçisinin finala çıxacağı şübhə doğurmurdu.
Əlbəttə, mövsümün əvvəlində onların belə seriya yaxalayacaqlarını gözləmirdim. Ancaq komandanın yüksək yerlər uğrunda mübarizə aparcağına inanırdım".
Xatırladaq ki, "Bayer" AL-in yarımfinal mərhələsinin ilk oyununda 2:0 hesabı ilə məğlub etdiyi "Roma" ilə Almaniyada 2:2 hesablı bərabərliyə razılaşaraq finala yüksəlib. Xabi Alonsonun komandası həlledici matçda "Atalanta" ilə üz-üzə gələcək.
Nihat