
Azərbaycanlı FIFA hakimi Tural Qurbanov beynəlxalq oyuna təyinat alıb.
Fanat.Az AFFA-ya istinadən xəbər verir ki, o, UEFA Gənclər Liqasının I turunda keçiriləcək "Borussiya" (Dortmund, Almaniya) – "Vilyarreal" (İspaniya) qarşılaşmasını idarə edəcək.
Tural Qurbanova Cəmil Əliyev və Asiman Əzizli kömək edəcəklər.
Görüş sentyabrın 8-də Dortmund şəhərində yerləşən "Dortmund Brakel Təlim Mərkəzi" stadionunda keçiriləcək.