"Neftçi”ni təkr edərək Cənubi Kiprin "Apollon” klubu ilə anlaşan hücumçu Baqali Dabonun "ağ-qaralar”a olan qəzəbi hələ də soyumayıb.
Evdə "Qarabağ”ın formasını geyindiyi üçün "Neftçi” hücumçunu cərimələmişdi. Futbolçunun agenti isə evdəki davranışına və həyat yoldaşının sosial şəbəkədə paylaşım etməsinə görə Dabonun cərimələnməsinin haqsız olduğunu bildirib. Görünən odu ki, futbolçu ilə klub arasında yaşanan bu mübahisə uzun müddət davam edəcək.
Hazırda Cənubi Kiprdə olan Dabo "Neftçi”ni bağışlamaq fikrində deyil. "Neftçi” tərəfi Dabonun gümüş medalını və mövsümün ən sərrast oyunçusu üçün verilən mükafatı qarşıdakı 1-2 gün ərzində karqo ilə Cənubi Kiprə yola salacaq.
Dünən şəxsi "Instagramm” səhifəsindən qənimətlərini paylaşan Dabo bu mükafatlara görə AFFA və PFL-ə təşəkkür edib. Həmin paylaşımda "Neftçi”nin adının qeyd olunmaması heç də təsadüfə bənzəmir. (Sport7.az)
Fanat.Az