Son illərin dəyişməz çempionu "Qarabağ” bu gün növbəti yoxlama oyununu keçirib.
Fanat.Az xəbər verir ki, "köhlən atlar" "Azərsun Arena”da "Sabah”la qarşılaşıb.
Tərəflərin iyulun 25-də Qəbələdə keçirilmiş yoxlama oyununda "Sabah” 2:1 hesablı zəfər qazanmışdı. Bu dəfə isə Ağdam komandası inamlı qələbəyə sevinib.
Bu, "Sabah”ın toplanış çərçivəsində ilk yenilgisi olub. Masazır təmsilçisi əvvəlki sınaq qarşılaşmalarında "Qarabağ”la yanaşı "Sumqayıt”a (1:0), "Neftçi”yə (5:2), və "Qəbələ”yə (2:0) qalib gəlmişdi.
Yoxlama oyunu
11 avqust
Qarabağ - Sabah 2:0
Qollar: Uroş Matiç, 31-pen. Mahir Emreli, 85.
Bakı. "Azərsun Arena” stadionu.
Fanat.Az