Mövsümün ikinci yarısına hazırlaşan "Neftçi" qapıçı axtarışlarını davam etdirir.
Fanat.Az xəbər verir ki, icarə əsasında "Qəbələ"nin formasını geyinən Nicat Mehbalıyevin klubuna - "Sabah"a təklif göndərən və rədd cavabı alan bakılılar yerli qolkiperlə güclənmək arzusundadır.
"Ağ-qaralar" artıq Aydın Bayramov üçün "Sumqayıt"ın da qapısını döyüb. "Kimyaçılar" 26 yaşlı əlcək sahibini yerli futbolçu üçün yetərincə cəlbedici məbləğə satmağa hazır olduğunu bildirsələr də, bu məbləğ "xalq komandası"nın rəhbərliyini razı salmayıb. Tərəflər transfer qiyməti ilə bağlı razılığa gələ bilsələr, Bayramov bu qış "Neftçi"yə keçəcək.
Yeri gəlmişkən, Aydını rənglərinə bağlamaq istəyən yalnız "Neftçi" deyil. Onun xidmətində "Keşlə" də maraqlıdır.
Emin Şəmsiyev