Azərbaycan boksçusu Mirşərif Kazımzadə Serbiyanın Loznitsa şəhərində keçirilən beynəlxalq turnirdə ikinci görüşünə çıxıb.
Fanat.Az xəbər verir ki, ilk qarşılaşmasında moldovalı Vlad Qavriliuçu üstələyən 75 kiloqram çəkili boksçumuz 1/4 finalda serbiyalı Sandro Poletanla üz-üzə gəlib. Döyüş rəqibin 2:1 (30:27, 30:27, 27:30) hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, 18 ölkədən 150-dən artıq boksçunun qatıldığı turnirdə final görüşləri dekabrın 18-də keçiriləcək.