
ABŞ, Kanada və Meksikada təşkil olunan futbol üzrə dünya çempionatında bu gün 1-ci turun növbəti oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, gecəyarısı L qrupunda İngiltərə ilə Xorvatiya üz-üzə gəlib. Günün mərkəzi oyununda ingilislər inamlı qələbəyə seviniblər.
Qeyd edək ki, K və L qruplarında digər qarşılaşmaları (müvafiq olaraq 03:00. Qana - Panama və 06:00. Özbəkistan – Kolumbiya) iyunun 17-dən 18-nə keçən gecə baş tutacaq və bununla da mundialda ilk tura yekun vurulacaq.
DÇ-2026
1-ci tur, 18 iyun
L qrupu
İngiltərə – Xorvatiya 4:2
Qollar: H.Keyn, 12; 42. C.Bellingem, 47. M.Reşford, 84 - M.Baturina, 36. P.Musa, 45+5,