
İngiltərə millisinin baş məşqçisi Tomas Tuxel, Dünya Çempionatında Xorvatiya ilə keçirilən matçdan əvvəl dövlət himnlərinin səsləndirilməsi zamanı yaşanan hadisələrə görə FİFA-nı tənqid edib.
Fanat.Az xəbər verir ki, almaniyalı mütəxəssis fotoqrafların yerləşdirilmə planının turnir öncəsi hisslərinə və komanda üzərindəki vizual nəzarətinə mənfi təsir göstərdiyini bildirib.
Qarşılaşmadan sonra təşkil edilən mətbuat konfransında danışan təcrübəli baş məşqçi, himn oxunan zaman önündə təxminən 50 fotoqrafın dayandığını və bu səbəbdən bircə futbolçusunu belə görə bilmədiyini vurğulayıb.
Bu özəl anın fotoqrafların sıxlığı ucbatından kölgədə qaldığını deyən Tuşel, rəhbərliyə müraciət edərək mundial kimi böyük bir təşkilatda media mənsublarının mövqeyinin yenidən nəzərdən keçirilməsini istəyib. Yaşanan bu vizual böhrana və baş məşqçinin şikayətinə baxmayaraq, ali futbol qurumu olan FİFA tərəfindən məsələ ilə bağlı hələlik heç bir rəsmi açıqlama verilməyib.