
"Səbail" baş məşqçisi Adil Şükürovla yollarını ayırıb.
Fanat.Az xəbər verir ki, ayrılıq qərarını Bakı təmsilçisinin mətbuat xidməti açıqlayıb.
Birinci Liqa təmsilçisi mütəxəssisin başa çatan müqaviləsinin müddətini uzatmayıb.
Adil Şükürov "Səbail"i ötən ilin noyabrından çalışdırırdı.
Xatırladaq ki, "Səbail"in Şükürovla ayrılmaq qərarına gəldiyini iki həftə əvvəl xəbər vermişdik.