Xorvatiyanın Dubrovnik şəhərində cüdo üzrə Avropa Kuboku yarışına yekun vurulub.
Fanat.Az xəbər verir ki, son gündə daha 5 cüdoçumuz tatami üzərinə çıxıb.
Təmsilçilərimizdən ən yaxşı nəticəni Rüfət İsmayılov (90 kq) göstərib. İdmançımız yalnız finalda uduzaraq gümüş medala yiyələnib. 81 kq-dakı milli üzvü Məhərrəm İmamverdiyev isə bürünc medalla kifayətlənib.
Beləliklə, turnirə 11 nəfərlik heyətlə qatılan komandamız bir gümüş və bir bürünc medalla 26 ölkə arasında 12-ci yer tutub. İlk pillədə isə 4 qızıl, 3 gümüş, 4 bürünc mükafatla ev sahibləri qərarlaşıb.