
Bu gün UEFA Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinin ilk oyunlarına yekun vuurlacaq.
Fanat.Az xəbər verir ki, mərhələnin ikinci oyun günündə 2 matç baş tutacaq.
Azərbaycan çempionu "Sabah" Danimarkada "Orhus" ilə qarşılaşacaq. Günün digər qarşılaşmasında isə "Fənərbağça" ilə Avstriya "Şturm"u İstanbulda münasibətlərinə aydınlıq gətirəcəklər.
Qeyd edək ki, 3-cü təsnifat mərhələsinin cavab görüşləri 11 avqustda baş tutacaq.
"Sabah" ilk təsnifat mərhələsində iki oyunun nəticəsinə əsasən Uelsin TNS klubunu (2:0, 2:1), ikinci raundda isə Finlandiya təmsilçisi "KuPS"u (1:0, 2:0) mübarizədən kənarlaşdırıb.
UEFA Çempionlar Liqası
3-cü təsnifat mərhələsi, ilk oyunlar
5 avqust
20:30. Orhus (Danimarka) – Sabah (Azərbaycan)
22:00. Fənərbağça (Türkiyə) – Şturm (Avstriya)