
Azərbaycan I Liqasında növbəti mövsümün püşkü atılıb.
Fanat.Az xəbər verir ki, Peşəkar Futbol Liqasının inzibati binasında keçirilən püşkatma mərasimində çempionatın birinci və ikinci dövrələrinin təqvimi müəyyənləşib.
İlk turun oyun cədvəli belədir:
I tur
MOİK – "Şahdağ Qusar"
"Şimal" – "Cəbrayıl"
"Xankəndi" – "Səbail"
"Mingəçevir" – "Zaqatala"
"Baku Sportinq" – "Karvan-Yevlax"
Qeyd edək ki, I Liqada ötən il olduğu kimi 10 komanda mübarizə aparacaq. Sözügedən liqada yeni mövsümə sentyabrın 3-də start veriləcək.