
"Trabzonspor" ulduz futbolçu Məhəmməd Salahın transferi üçün ciddi maliyyə paketi hazırlayıb.
Fanat.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Qara dəniz təmsilçisi misirli hücumçuya illik 17 milyon avro maaş və bonusları əhatə edən ikiillik müqavilə təklif edib.
Klubun Salahı razı salmaq üçün maaşın müəyyən hissəsini əvvəlcədən ödəməyi qəbul etdiyi, maliyyə paketinin böyük qisminin isə sponsorlar tərəfindən qarşılanacağı bildirilir.
Məlumata əsasən, tərəflər artıq prinsipial razılıq əldə edib və müqavilə futbolçunun nümayəndəsinə göndərilib. Hazırda "Trabzonspor" rəhbərliyi Salahın son qərarını və rəsmi imzasını gözləyir.