
"Trabzonspor" Məhəmməd Salah ilə razılığa gələrək yay dönəminin "transfer bombasını partladıb".
Fanat.Az xəbər verir ki, informasiyanı "beIN Sports" yayıb.
Türkiyə klubunun yeni transferi olan misirli ulduz bu gün İstanbula gələcək.
Qara dəniz təmsilçisinin mətbuat xidməti də bu məlumatları doğrulayıb.
Klubun yaydığı bəyanat isə belədir:
"Transfer danışıqlarına başladığımız peşəkar futbolçu Məhəmməd Salah 5 avqust çərşənbə günü saat 12:00-da (Bakı vaxtı ilə saat 13:00-da) İstanbul Atatürk Hava Limanının Ümumi Aviasiya Terminalında olacaq. Futbolçunun həmin gün axşam saatlarında Trabzona çatması nəzərdə tutulur. Qarşılanma mərasiminin vaxtı və digər təfərrüatlar bu gün daha sonra klubumuzun rəsmi kommunikasiya kanalları vasitəsilə ictimaiyyətə açıqlanacaq."
Ötən mövsüm "Liverpul"un heyətində 41 oyuna çıxan 34 yaşlı futbolçu bu matçlarda 12 qol vurub və 10 məhsuldar ötürmə edib.
Əlisahib İbrahimli