"Beşiktaş" klubu "Sivasspor"da müqaviləsi bitən nigeriyalı oyunçu Michael Eneramo ilə görüşlərə başladığını açıqlayıb.
İdman24.az xəbər verir ki, açıqlamada "Oyunçu Eneramo ilə görüşlərə başlanılmışdır", deyə bildirilib. Qeyd edək ki, oyunçu keçən mövsüm "Sivasspor" forması ilə 39 matçda 15 qol vurub.
İdman24.az