"Zirə"nin U-16 komandasının futbolçuları hakimi təhqir edib. Fanat.az xəbər verir ki, hadisə U-16 liqasının "Qəbələ" ilə oyununda baş verib.
Belə ki, qarşılaşmanın 45-ci dəqiqəsində "Zirə"nin üzvlərindən Elşən Veysov, 66-cı dəqiqəsində isə Əbdül Ağaməmmədov hakimi təhqir etdiyinə görə qırmızı vərəqə alıb. AFFA hər iki futbolçunu 4 oyunluq cəzalandırıb.
Futzal üzrə Azərbaycan birinciliyinin II dəstəsində isə “Laçın”ın baş məşqçisi Elvin Əhmədov “Hyundai” ilə oyunun 12-ci dəqiqəsində hakimi təhqir edib. AFFA ona 5 oyunluq cəza verib.
Fanat.az