"Qarabağ" məşqlərə başlayır. Fanat.az xəbər verir ki, Ağdam klubu bu gün bir araya gələcək.
Qurban Qurbanovun başçılıq etdiyi kollektiv günorta saatlarında Antalyaya yola düşəcək. Yanvarın 26-dək təlim-məşq toplanışında olacaq "Qarabağ" Bələkdəki "İc Santai" otelində məskunlaşacaq və 4 yoxlama oyunu keçirəcək.
Qeyd edək ki, hazırda "Xəzər Lənkəran", "İnter" və "Qəbələ" Antalyadadı. "Neftçi", "Sumqayıt" və AZAL ölkədə hazırlıqlara start verib.
Fanat.az