Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin formasını geyindiyi Tailandın “Buriram Yunayted” klubu Asiya Çempionlar Liqasında növbəti oyuna çıxıb.
Fanat.Az xəbər verir ki, adıçəkilən komanda Şərq zonasında qrup mərhələsinin IV turu matçında səfərdə Avstraliya təmsilçisi “Melburn Siti” ilə qarşılaşıb.
Ramilin komandası səfər qələbəsinə sevinib. “Buriram Yunayted” Qoran Kausiçin 86-cı dəqiqədə penaltidən vurduğu yeganə qol sayəsində 1:0 hesablı qalibiyyət əldə edib. Ramil Şeydayev 61-ci dəqiqədə meydana çıxıb.
Qeyd edək ki, H qrupunda yer alan “Buriram Yunayted” hazırda 6 xalla üçüncü pillədə qərarlaşır.