“Çelsi”nin sabiq baş məşqçisi Qrem Potter İsveç millisini çalışdırmaqdan imtina edib.
Fanat.Az xəbər verir ki, bu barədə "Tribal Football" məlumat yayıb.
Mənbənin məlumatına görə, mütəxəssis karyerasını klub səviyyəsində davam etdirmək istədiyini bildirib.
Xatırladaq ki, İsveç millisi Yanne Andersson istefasından sonra məşqçisiz qalıb. Mütəxəssis 2024-cü il Avropa çempionatına vəsiqə qazana bilmədiyi üçün millini tərk edib.
Potterin imtinasından sonra "Haken"in baş məşqçisi Per-Matias Heqmo Skandinaviya komandasının sükanı arxası postuna favorit hesab olunur.
Qeyd edək ki, Azərbaycan millisinin də yer aldığı F qrupunda İsveç 10 xalla üçüncü, 7 xala malik yığmamız 4-cü yeri tutb. Bu komandalar arasında Solnada keçirilən görüşdə İsveç 5:0, Bakıdakı qarşılaşmada isə Azərbaycan 3:0 hesablı qələbə qazanıb.
Mirağa