“Qarabağ”ın Avropa Liqasının pley-off mərhələsindəki rəqibi “Braqa” heyətinə yeni futbolçu qatıb.
Fanat.Az xəbər verir ki, informasiyanı tanınmış insayder Fabritsio Romano yayıb.
Xəbərə görə, Portuqaliya təmsilçisi PSJ-nin futbolçusu Şer Nduru heyətinə qatıb.
Klublar arasında danışıqlar müsbət yekunlaşıb. Razılığa əsasən, 19 yaşlı italiyalı yarımmüdafiəçi mövsümün sonuna qədər icarə əsasında “Braqa”da çıxış edəcək. Gənc futbolçu yaxın günlərdə tibbi müayinədən keçdikdən sonra müqavilə bağlayacaq.
Onun parislilərlə 2028-ci ilədək müqaviləsi qüvvədədir.
Yarımmüdafiəçi bu mövsüm PSJ-də 4 matçda çıxış edərək 1 qola imza atıb.
Xatırladaq ki, “Qarabağ” “Braqa” ilə ilk oyununu fevralın 15-də səfərdə, cavab matçını 22-də evdə keçirəcək.