"Real Madrid"in yarımmüdafiəçisi Cud Bellingem "Mançester Siti"nin ötən yay onu sıralarına cəlb etmək istəməsi barədə sualı cavablandırıb.
Fanat.Az xəbər verir ki, AS onun dediklərini belə çatdırıb:
"Borussiya"da oynayanda mənimlə maraqlanan bir çox klublarla danışıq aparmışdım. Əlbəttə ki, ailəmlə də məsləhətləşirdim. Amma mənə "Real"dan zəng gələndə iki dəfə fikirləşmədim. Ona görə də buradayam".
Bellingem ötən ilin yayından İspaniya nəhənginin uğurları üçün çalışır. Onun "Real" ilə müqaviləsinin müddəti 2029-cu ilin yayına qədər nəzərdə tutulub. Cari mövsüm paytaxt klubunun forması ilə bütün turnirlərdə 34 matça çıxan Cud 20 qol və 10 məhsuldar ötürmə müəllifi olub.
Qeyd edək ki, "Real" bu gün Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyunları çərçivəsində "Mançester Siti"nin qonağı olacaq. Tərəflərin Madriddə baş tutan ilk dueli 3:3 hesablı bərabərliklə yekunlaşıb.
Nihat