"Bayern Münhen"in futbolçusu Yozua Kimmix "Barselona"nın onunla maraqlanması barədə sualı cavablandırıb.
Fanat.Az xəbər verir ki, "Football Espana" onun sözlərini belə çatdırıb:
"Öncə mövcud durumla bağlı "Bayern"lə danışacam. Amma əlbəttə ki, "Barselona" və "Real" inanılmaz tarixləri olan möhtəşəm klublardır".
Xatırladaq ki, daha öncə "Bayern"in 29 yaşlı Kimmixi 50 milyon avroya satmaq fikrinə düşdüyü barədə məlumatlar yayılıb.
Nihat