"Zirə" Misli Premyer Liqasının 32-ci turunda öz meydanında "Araz-Naxçıvan"a 0:1 hesabı ilə məğlub olub.
Fanat.Az xəbər verir ki, "qartallar"ın baş məşqçisi Rəşad Sadıqov oyundan sonra fikirlərini bölüşüb:
"Futbolçularıma təşəkkürümü bildirirəm. Qələbə qazanmaq üçün 90 dəqiqə əlimizdən gələni etdik. Fürsətlərdən yararlana bilmədik. Rəqibin 90-cı dəqiqədə qapımıza ilk ciddi zərbəsi qolla nəticələndi. Təəssüf ki, standart vəziyyətdən gözlənilməz qol buraxdıq. Ruhdan düşməməli, oyunumuzu davam etdirməliyik.
Elmar Baxşıyevi qələbə münasibətilə təbrik edirəm. Açığı, onun müdafiəyəmeyilli futbol oynatdığını ilk dəfədi görürdüm. Onun həmişə hücum futboluna alışmışıq. Müdafiəni yara bilmədik".