"Real Madrid" cari mövsümün sonunda komandanı tərk edəcək Naço Fernandesin yerinə yeni müdafiəçi transfer edəcək.
Fanat.Az xəbər verir ki, informasiyanı sosal şəbəkə hesabları üzərindən jurnalist Xose Feliks Dias yayıb.
Xəbərə görə, "Kral klubu" hazırda "Lill"in 18 yaşlı oyunçusu Leni Yoronun transferi üzərində işləyir. Mənbə PSJ-nin də istədiyi Yoronun "Real"da oynamaq varıantını üstün tutduğunu vurğulayıb.
Qeyd edək ki, İspaniya nəhənginin öz yetirməsi olan Naço bu mövsüm bütün turnirlərdə 36 matça çıxıb və məhsuldar göstəricilərlə yadda qalmayıb.
Nihat