"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyunundan - "Alyans Arena"da "Bayern Münhen"ə qarşı keçirdikləri matçdan (2:2) sonra fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, onun sözlərini "Marca" belə çatdırıb:
"Oyunu kifayət qədər yaxşı başa vurduq. İçimdə belə bir hiss var ki, şanslar bərabərdir. Münhendə 90 dəqiqə əziyyət çəkməli olduq. Burada oynamağın nə qədər çətin olduğunu hamı bilir. Münhendən çox az komanda qol vuraraq ayrılır.
La Liqada və Çempionlar Liqasında yaxşı vəziyyətdəyik. Biz Londonda yollanmağa çalışmalıyıq. Bunun üçün bütün imkanlar var".
Qeyd edək ki, tərəflərin Madriddəki cavab görüşü mayın 8-də keçiriləcək.
Nihat