"Mançester Yunayted"in keçmiş baş məşqçisi Ole Qunnar Sulşer karyerasının mümkün davamı haqda danışıb.
Fanat.Az xəbər verir ki, NRK onun dediklərini belə təqdim edib:
"Düzgün rəhbərliklə və olduqca maraqlı bir layihə olmalıdır. Düşünürəm ki, millidə işləmək mənə uyğundur. Amma bu, indi mümkün deyil. Stale Solbakken Norveç millisində işləmək istəmədiyini açıqlayarsa, mən yığmaya mümkün təyinatla bağlı məsələni müzakirə etməkdən məmnun olaram. Həftənin istənilən günü dəvət gəlsə, "hə" deyərəm. Hazırda başqalarının gördüyü işləri müzakirə etməyi düzgün hesab etmirəm, amma dəvət gəlsə, dərhal razılaşaram".
Xatırladaq ki, sözügedən mütəxəssis 2021-ci ilin noyabrından işsizdir. 51 yaşlı mütəxəssis son olaraq "Mançester Yunayted"i çalışdırıb.
Mirağa