
"Mançester Yunayted" "Yuventus"un 26 yaşlı fransalı müdafiəçisi Pyer Kalulunu yaxından izləməyə başlayıb.
Fanat.Az xəbər verir ki, "qırmızı şeytanlar"ın skautları futbolçunun oyununu canlı izləmək üçün dəfələrlə İtaliyaya səfər ediblər.
Fransalı müdafiəçi ilə eyni zamanda "Tottenhem", "Aston Villa" və "Liverpul" klubları da yaxından maraqlanır.
"Yuventus" futbolçunu satmaq istəməsə də, 45-50 milyon avroluq təklifin danışıqlar üçün əsas təşkil edə biləcəyi bildirilir.