
"Çelsi"nin və "Qalatasaray"ın sabiq futbolçusu Hakim Zieş karyerasını Braziliyada davam etdirəcək.
Fanat.Az xəbər verir ki, 33 yaşlı mərakeşli vinger azad agent qismində "Botafoqo" ilə müqavilə bağlayıb.
Məlumatı A Seriyası klubunun mətbuat xidməti yayıb. Zieşin müddəti 2028-ci ilin yayına qədər nəzərdə tutulan müqaviləyə imza atdığı vurğulanıb.
Sözügedən futbolçu 2020-2023-cü illər aralığında "Çelsi"nin formasını geyinib. Daha sonra "Qalatasaray"a qoşulan cinah hücumçusu İstanbul nəhəngində 1,5 mövsüm keçirib. O, son illərdə Qətərin "Əl-Duhail" və Mərakeşin "Vidad" komandalarında da oynamağa imkan tapıb.
Nihat