
"Bazel" klubu baş məşqçi Stefan Lixtştaynerlə müqavilənin ləğv olunduğunu açıqlayıb.
Fanat.Az xəbər verir ki, məlumatı İsveçrə klubunun rəsmi saytı yayıb.
Açıqlamada deyilir: "Dörd ev oyununda üç məğlubiyyət, 7 turdan sonrakı nəticələr komandanın daha da aşağı düşməsi riskinin çox böyük olduğunu deməyə əsas verir. Buna görə də, "Bazel" rəhbərliyi çox çətin bir qərar verib. Klub baş məşqçisi Stefan Lixtştaynerlə işbirliyinə son qoymaq məcburiyyətində qalıb. Klub bu qərardan dərin təəssüf hissi keçirir. Lakin uzunmüddətli uğur yolunda vacib aralıq məqsədlərə çatmaq lazımdır".
42 yaşlı Lixtştayner yanvar ayından komandaya rəhbərlik etməyə başlayıb və onunla 2029-cu ilə qədər müqavilə imzalanmışdı. İsveçrə çempionatının hazırkı mövsümündə onun komandası 7 turda 10 xal qazanıb və Super Liqa turnir cədvəlində beşinci yerdədir.
Lixtştaynerin keçmiş köməkçisi italiyalı Luici Nosentinini baş məşqçi əvəzi təyin edilib.
Qeyd edək ki, yayda "Sabah"dan ayrılan yarımmüdafiəçi Aaron Maluda məhz "Bazel"ə keçib.
Mirağa