
İngiltərə nəhəngi "Mançester Siti" yay transfer pəncərəsində orta xəttini dünya səviyyəli ulduzla gücləndirmək üçün hərəkətə keçib.
Fanat.Az İspaniyanın məşhur "El Chiringuito" proqramına istinadən xəbər verir ki, "şəhərlilər" "Real Madrid"in uruqvaylı yarımmüdafiəçisi Federiko Valverde üçün 90 milyon avroluq rəsmi təklif hazırlayır.
Mənbənin yaydığı məlumata görə, ulduz futbolçu artıq Mançester klubunun əsas transfer hədəflərindən birinə çevrilib. Valverdenin komanda yoldaşı Aurelien Tçuameni ilə məşq meydançasında yaşadığı insident və münaqişə onun "kral klubu"ndakı gələcəyini ciddi şəkildə sual altında qoyub.
Yaranmış bu qeyri-müəyyənlikdən maksimum yararlanmaq istəyən MS, astronomik rəqəmlə transferi qısa müddətdə tamamlamağı hədəfləyir.