
"Barselona" komandanın gənc istedadı Həmzə Əbdülkərimi heyətində saxlamaq üçün hərəkətə keçib.
Fanat.Az xəbər verir ki, Kataloniya təmsilçisi gələcək transfer təkliflərinin və digər klubların müdaxiləsinin qarşısını almaq məqsədilə 18 yaşlı misirli forvardın müqaviləsindəki xitam məbləğini 15 milyon avrodan 150 milyon avroya qaldırmağı planlaşdırır.
Bu barədə "AS" nəşri məlumat yayıb.
Qeyd edək ki, bu mövsüm "Barselona"nın əsas heyətində debüt edən gənc hücumçunun cari müqaviləsi 2029-cu ilin yayına qədər nəzərdə tutulub.