Argentina millisinin futbolçusu Lionel Messi DÇ-2022-nin seçmə mərhələsində Venesuelaya qalib gəldikləri (3:0) oyundan sonra açıqlama verib.
Fanat.Az xəbər verir ki, o, gələcəyi ilə bağlı ikibaşlı danışıb:
"Dünya çempionatından sonra çox şeyi yenidən düşünməli olacağam. Ümid edək ki, komanda layiqli nəticə göstərə biləcək. Millidə hər şey əladır, meydanda və ondan kənarda mənim üçün klubdakından daha asandır. Fanatlar mənə sevgilərini göstərirlər və mən onlara minnətdaram. İndi bütün diqqətimi Ekvadorla oyuna yönəltmişəm”.