
Azərbaycan çempionu "Sabah" UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyununda "Orhus"a məğlub olub - 1:2. "Şəfa"nın sabiq baş məşqçisi Elgiz Kərəmli ilə əlaqə saxlayıb "bayquşlar"ın Danimarkadakı məğlubiyyəti və Bakıdakı cavab matçı barədə fikirlərini soruşduq.
Onun Fanat.Az-a açıqlaması belə oldu:
"İlk matçın nəticəsinin oyuna gorə olmadığını düşünürəm. Çunki "Sabah" rəqibindən daha üstün görünürdü. Azərbaycan təmsilçisinin futbolçularının bəzi epizodlarda daha diqqətli oynamaları lazim idi və bəzi epizodlarda da bəxtləri gətirmədi. "Sabah" Bakıda səfərdəki kimi inamli oynasa, qələbə qazanacağına şübhə etmirəm".
Nihat