
"Fənərbağça" transfer siyahısına "Real Madrid"in hücumçusu Endriki də əlavə edib.
Fanat.Az xəbər verir ki, informasiyanı "Sözcü" yayıb.
Məlumata görə, İspaniya nəhəngi ilə icarə şərtləri barədə razılığa gəldiyi bildirilir, lakin braziliyalı ulduz hələ yekun qərarını verməyib.
Diqqətini tamamilə mərkəz hücumçusu transferinə yönəldən "Fənərbağça"nın son vaxtlar əsasən Pavlidis və Endrik üzərində işlədiyi qeyd olunur.
İddialara görə, rəhbərlik 20 yaşlı futbolçunu razı sala bilsə, transfer baş tutacaq.
Ötən mövsümü "Lion"da icarə əsasında keçirən brazilyalı ulduz, meydana çıxdığı 21 oyunda 8 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.
Əlisahib İbrahimli