"Real"ın oyunçusu Marselonun oğlu Madrid klubunun akademiyasında çıxış edir.
Fanat.Az xəbər verir ki, 12 yaşlı Enzo azyaşlılar arasında təşkil olunan "LaLiga Promises" turnirində fərqlənib.
"Real" "Liverpul"u 6:0 hesabıyla məğlub edib ki, Marselonun oğlu 8-ci dəqiqədə komandasının ikinci qolunu vurub. Maraqlıdır ki, oğul-Marselo oyunu izləyən atasının yer aldığı tribunaya tərəf qaçaraq sevincini Kriştianu Ronaldu kimi qeyd edib.
Marcelo’s son Enzo scoring and celebrating like Cristiano Ronaldo. pic.twitter.com/WRqvGsnKmw
— TC (@totalcristiano) March 25, 2022