"Mançester Yunayted" yeni baş məqşçi ilə bağlı qərarını qətiləşdirib.
Fanat.Az xəbər verir ki, "The Times" "qırmızı şeytanlar"ın "Ayaks"ın baş məşqçisi Erik ten Haq variantı üzərində dayandıqlarını açıqlayıb.
Daha öncə MY-nin ten Haqla yanaşı, PSJ-nin baş məşqçisi Maurisio Poçettino və "Sevilya"nın çalışdırıcısı Xulen Lopeteqi ilə də anlaşa biləcəyi barədə informasiyalar yayılmışdı.
Sözügedən Mançester təmsilçisini ötən ilin dekabrından 53 yaşlı Ralf Ranqnik çalışdırır. Mövsümün sonunda onun baş məqşçi postundan ayrılaraq klubda başqa vəzifə tutacağı gözlənilir.
Nihat