11:00 28.03.2022 760

Günün transfer xəbərləri: İbrahimoviçin Bundesliqa həvəsi

Futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri artıq indidən klubların yay transfer pəncərəsi dövrü üçün planları ilə bağlı maraqlı məlumatlar yayımlayır.

"Milan"ın hücumçusu Zlatan İbrahimoviç: “Bundesliqa ilə maraqlanıram. Orada "Bayern Münhen" kimi bir komanda var. İnanılmaz klubdur. Hər dəfə onlara qarşı oynayanda yüksək səviyyəli şərait, təşkilatçılıq görürsən. Klubun tarixi insana təsir edir. Karyeramda Almaniya çempionatının izinin olmasının istərdim".

Qaret Beylin agenti Conatan Barnett: “Qaret bu yay nə baş verəcəyi barədə heç nə bilmir. Hamısı Uels millisindən asılıdır. Hələ heç kimlə danışmamışıq, iyunda qərar verəcəyik”.

Uelsli hücumçu 2022-ci ilin yayında azad agent olacaq və "Real Madrid"i tərk edəcək. Futbolçu daimi olaraq oynayacağı klub tapmağa çalışır.

"Gazzetta dello Sport": "Milan" "Bolonya"nın şotlandiyalı ulduzu Aaron Hikini transfer etmək niyyətindədir. Futbolçu Teo Hernandesin potensial əvəzedicisi hesab edilir.

PSJ-nin yarımmüdafiəçisi Yulian Draksler: “Klubda vəziyyət elə də yaxşı deyil deyil. Oyun ritmi üçün darıxıram. Mənə daha çox oyun vaxtı lazımdır".

"Express Sport": "Arsenal" və "Çelsi" "Barselona"nın müdafiəçisi Ronald Arauxonu transfer etməyə hazırdır. 

"Gazzetta dello Sport": “Nyukasl” və “Tottenhem” "Brügge"nin belçikalı ulduzu Şarl de Ketelare uğrunda mübarizə aparacaq.

"Mundo Deportivo": Koutinyo "Aston Villa"da qalmaq üçün maaşını əhəmiyyətli dərəcədə azaltmağa razıdır.

"Gazzetta dello Sport" nəşri: "Roma" hücumçusu Tammi Abrahamı satmaq fikrində deyil. Roma klubunun baş məşqçisi Joze Mourinyu 24 yaşlı futbolçunu klubun gələcəyi hesab edir.

Baş tutmuş transfer xəbəri:

Kento Haşimoto (28 yaşlı yarımmüdafiəçi)

"Rostov"dan (Rusiya) "Vissel Kobe"yə (Yaponiya) transfer olunub.

“Rostov”la müqaviləsinə xitam verən yapon futbolçu “Vissel Kobe” ilə müddəti 2022-ci ilin yayına qədər olan sözləşmə imzalayıb.

Emin Şəmiyev

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

21 İyun 2026
20:20

"Çelsi"dən gözlənilməz qərar

19:27

"Nyukasl"ın sabiq sahibləri geri qayıdır

18:51

London təmsilçisinin 80 milyonluq təklifi rədd edildi

18:28

"Real" və "Liverpul" hərəkətə keçdi, Münhen nəhəngi masaya oturdu

17:48

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:24

Ekvador yığmasının baş məşqçisi Almaniya ilə görüşdə şanslarının gətirəcəyinə inanır

16:55

"Real Madrid" Valverdeni yox, bu iki futbolçusunu satır

16:14

DÇ-2026: İspaniya və Belçika millilərinin ikinci sınağı

15:53

"Qarabağ" Bədavi ilə müqavilə yenilədi

15:11

"Sabah" oyunçusu ilə vidalaşdı

14:52

"Bu heç-heçə bizim üçün qələbə qədər qiymətlidir" - Dik Advokat

14:15

Yaponiya millisinin baş məşqçisi darmadağından sonra belə danışdı

13:41

Azərbaycan boksçusu Dünya Kubokunda rəqib tanımadı

13:23

"Belə böyük ölkədən daha ədalətli oyun gözləyirdim" - Fil Dişi Sahili millisinin baş məşqçisi

12:37

Dubl etdi, oyunun ən yaxşı futbolçusu oldu

12:09

"Bu matçda mütləq qələbə qazanmalıydıq" - Ronald Kuman

11:47

AL: Azərbaycan yığması Portuqaliyaya qarşı

11:19

Ekvador - Kurasao matçının ən yaxşı oyunçusu açıqlandı

10:34

DÇ-2026: Ekvador - Kürasao görüşündə bərabərlik, Yaponiya Tunisi "şapalaqladı"

10:11

"Üç həftə əvvəl hər şey xarabalıqlar içində idi" - Nagelsmandan almansayağı şərh

09:38

"Bəzən belə təcrübələr yaşamaq vacibdir" - Qrem Potter

09:00

Günün oyunları bu kanallarda - AFİŞA

04:26

Niderland - İsveç qarşılaşmasının ən yaxşı futbolçusu müəyyənləşdi

04:05

Almaniya - Fil Dişi Sahili matçının ən yaxşı oyunçusu bəllidir

03:24

Türkiyə millisinin ulduzu dünya çempionatında tarix yazdı

02:50

Almaniya millisi çempionluq ilindən sonra ilkə imza atdı

01:59

DÇ-2026: Niderlanddan darmadağın, Almaniya son dəqiqələrdə sevindi

20 İyun 2026
23:58

Braziliyalılar dünya futbolunda yenidən liderliyi ələ aldılar

23:17

"Liverpul" və "Barselona" Premyer Liqa ulduzunu istəyir

22:53

Qrimaldo Simeonenin layihəsinə "hə" dedi

22:17

"İnter"dən 50 milyonluq rəsmi təklif - Şərtlər qəbul olundu

21:52

London nəhəngləri hərəkətə keçdi - Ulduz hücumçu üçün 80 milyon avro

21:14

"Komo"dan daha bir transfer bombası

20:43

"Qarabağ" yoxlama oyununda "Zirə"ni məğlub edib

20:18

"Beşiktaş" müdafiə xəttini gücləndirir

19:52

Alvares "Barselona"ya keçmək istəyir - Transfer şərti məlum oldu

19:21

"Liverpul"dan 115 milyonluq təklif

18:47

"Mançester Siti" transfer partlayışına hazırlaşır

18:22

Rafael Fiziyev Bakıya gəlib

17:38

Luçesku Yunanıstandan getdi - Yeni klubu da bilinir

Facebookdan bizi izləməyi unutmayın.
X