Bu gün UEFA Avropa Liqasında yarımfinal mərhələsinə start verilib.
Fanat.Az xəbər verir ki, hər iki matç eyni gündə keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da başlayıb.
Almaniya "Layptsiq"i evdə Şotlandiya "Reyncers"inə 1:0 hesbaı ilə qalib gəlib. Almaniyanın digər təmsilçisi "Ayntraxt" isə İngiltərədə yerli "Vest Hem"i 2:1 hesabı ilə məğlub edib.
Qeyd edək ki, yarımfinal mərhələsinin cavab görüşləri mayın 5-də oynanılacaq.
UEFA Avropa Liqası, yarımfinal
İlk oyunlar
28 aprel
"Layptsiq" (Almaniya) - "Reyncers" (Şotlandiya) 1:0
Qol: Ancelinyo, 85.
Baş hakim: Benua Bastyen (Fransa)
Leyptsiq, "Red Bull Arena"
"Vest Hem" (İngiltərə) - "Ayntraxt" (Almaniya) 1:2
Qollar: Maykl Antonio, 21. - Ansqar Knauff, 1. Daişi Kamada, 54
Baş hakim: Sərdar Gözüböyük (Niderland)
London, "Vest Hem" stadionu