"Liverpul"un hücumçusu Sadio Mane "Çelsi"nin sabiq forvardı Didye Droqbanın UEFA Çempionlar Liqasındakı rekordunu təkrarlayıb.
Fanat.Az xəbər verir ki, Mane bu nəticəyə "Vilyarreal"ı 2:0 hesabı ilə yendikləri yarımfinal mərhələsinin ilk oyununda imza atıb.
55-ci dəqiqədə ikinci qolu vuran 30 yaşlı seneqallı forvard qitənin ən nüfuzlu klub turnirindəki qollarının sayını 14-ə çatdırıb. Beləliklə, Mane ÇL-in pley-off matçlarında ən çox fərqlənən iki afrikalı oyunçudan biri olub.
Qeyd edək ki, komandalar arasındakı cavab oyunu mayın 3-də olacaq.
Nihat