
Gürcüstanlı vinger Xviça Kvaratsxeliya PSJ-nin kapitanı Əşrəf Hakimisiz çətinlik çəkdiklərini etiraf edib.
Fanat.Az xəbər verir ki, "Derbyderbyderby" Xviçanın fikirlərini belə çatdırıb:
"Onsuz bizə çətin olur. Hakimini əvəz edəcək heç kim yoxdur. O, klubun ən yaxşı oyunçularındandır. Düşünürəm ki, Hakimi ən yaxşı afrikalı oyunçu mükafatına layiqdir. Ona ehtiyacımız var".
Qeyd edək ki, Əşrəf Hakimi noyabrın əvvəlində "Bayern Münhen"lə oyunda zədə alıb və 2025-ci ili başa vurub.
Mirağa