
“Şəfa” yeni futbolçu ilə razılığa gəlib.
Fanat.Az xəbər verir ki, portuqaliyalı qapıçı Tiaqo Silva heyətə cəlb edilib.
İnformasiyanı klubun mətbuat xidməti yayıb.
26 yaşlı futbolçu ilə 2026/27 mövsümünün sonuna qədər müqavilə imzalanıb.
Qeyd edək ki, qolkiper son 3 mövsümü Azərbaycanda - “Zirə”də keçirib. “Benfika”nın yetirməsi olan Tiaqo Silva ölkəsində isə “Vitoriya Gimaraeş”, “Leyşoeş” və “Trofense” klublarının formasını geyinib.